...

"Azərpoçt" su və qaz sayğaclarının smart-kartlarının yüklənməsi xidmətini işə salır

Telekommunikasiya Materials 26 Avqust 2014 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərpoçt" MMC su və qaz sayğaclarının smart-kartlarının yüklənməsi xidmətini göstərməyə hazırlaşır. Bu barədə Trend-ə MMC-dən deyiblər.

"Komtec" şirkəti (MilliÖN ödəniş sistemlərinin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) ilə xidmətin tətbiqi üzrə danışıqlar aparılır. Əhali yaxın vaxtlarda "Azərpoçt"un yeni xidmətindən istifadə edə biləcək.

Poçt şöbələri kart-riderlərlə təchiz ediləcək ki, bu da vətəndaşlara smart-kartları bilavasitə MMC-nin şəbəkəsində yükləməyə imkan verəcək.

Qeyd edək ki, "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti