...

"Ümid Yeri" Uşaq Sığınacağının binası yenidən təmir olundu

Telekommunikasiya Materials 26 Avqust 2014 17:51 (UTC +04:00)
Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC fəaliyyətinin ilk günlərindən gələcəyimiz olan uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata keçirib, habelə uşaqların rifahına sərmayə qoyub.
"Ümid Yeri" Uşaq Sığınacağının binası yenidən təmir olundu

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC fəaliyyətinin ilk günlərindən gələcəyimiz olan uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata keçirib, habelə uşaqların rifahına sərmayə qoyub. Təsadüfi deyil ki, "Azercell"in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Azercell"in uşaqlara göstərdiyi qayğının ən böyük göstəricisi "Ümid Yeri" Uşaq Sığınacağına dəstəyidir. Şirkət 1997-ci ildən etibarən bu sığınacaqda məskunlaşan uşaqalara diqqət və qayğısını əsirgəmir. Məhz "Azercell"in dəstəyi ilə ötən 17 ildə "Ümid yeri" sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb. Bu günərdə isə Azercell "Ümid Yeri" Uşaq Sığınacağında məskunlaşan uşaqalara daha bir sevinc bəxş edib. Belə ki, Binə qəsəbəsində yerləşən buna Azercell tərərfindən əsaslı təmir olunub. Azercell Şirkətinin nümayəndələri tərəfindən bu gün açılışı olan bina müasir standartlara uyğun, uşaqaların zövqünü oxşayacaq formada təmir edilib.

Məlumat üçün bildirək ki, "Azercell"in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında "De! Dildən-dilə, eldən-elə" şer və hekayə müsabiqəsini, "Çək!" asfalt üzərində rəsm müsəbiqəsini, "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..." , Mobil Diş Klinikası, Uşaq Qaynar xətti, Mobil Göz Klinikası layihələrini misal göstərmək olar. Məlumat üçün bildirək ki, indiyə qədər "Azercell" ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 14 milyon manatdan artıq həcmdə vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb.

Onu da qeyd edək ki, ilk dəfə məhz "Azercell" 2007-cı ildə "İlin Korporativ Sosial Məsuliyyətli" şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyü və görəcəyi işlər bununla bitmir. "Azərbaycanın qürur duyacağı şirkət" olmağı qarşısına məqsəd qoyan "Azercell" sosial layihələrinə "davam" deyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti