...

"Azerfon" korporativ müştərilərinə xidmət göstərilməsini yaxşılaşdırır

Telekommunikasiya Materials 1 Sentyabr 2014 13:35 (UTC +04:00)
Yay mövsümünün sonlarında "Azerfon" MMC ("Nar Mobile") Müştərilərlə Əlaqələrinin İdarə edilməsi (CRM) sisteminin tətbiqini uğurla başa çatdırıb.
"Azerfon" korporativ müştərilərinə xidmət göstərilməsini yaxşılaşdırır

Azərbaycan, Bakı, 1 sentyabr/Trend/

Yay mövsümünün sonlarında "Azerfon" MMC ("Nar Mobile") Müştərilərlə Əlaqələrinin İdarə edilməsi (CRM) sisteminin tətbiqini uğurla başa çatdırıb.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu sistem korporativ müştərin ehtiyaclarını daha yaxşı təmin etmək üçün tətbiq edilib. Sözügedən sistemin tətbiqi sahəyə böyük sərmayələrin yatırılması ilə müşayət olunaraq, "Azerfon"un öz korporativ müştərilər seqmentinə diqqətinin daha da artmasının göstəricisidir. İşin icrası müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində təsdiqlənmiş təcrübə və reputasiyaya malik Xorvat şirkəti "InfoCumulus" tərəfindən uğurla yerinə yetirilib.

Bu layihənin əsasında duran başlıca məqsəd şirkətin mövcud və gələcək korporativ müştərilərlə əlaqələrinin idarə edilməsi məsələlərinin həlli olmuşdur. Buraya satış proseslərinin avtomatlaşdırılması, marketinq və müştəriyə təyinatı üzrə yardımçı xidmətlərinin göstərilməsi daxildir. Yeni sistemin tətbiqi "Azerfon" şirkətinə müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə, öz müştərilərinin ehtiyaclarını daha yaxşı başa düşməyə və rəqabət üstünlüyünü əldə etməyə şərait yaradacaq. Bütün bu proseslərin icrası Azerfon üçün müştəri məmnunluğunun yüksəldilməsi və müştərilərlə uzun-müddətli əlaqələrin qurulması məqsədini daşıyır.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti