...

Bakıda pulsuz Wi-Fi-ya çıxış nöqtələrinin sayı artırılır

Telekommunikasiya Materials 2 Sentyabr 2014 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır. Bunu çərşənbə axşamı Trend-ə İB-dən deyiblər.

İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq: "Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək".

Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir".

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti