...

"Bakı 2015" Avropa Oyunları üçün sorğu mərkəzi yaradılır

Telekommunikasiya Materials 2 Sentyabr 2014 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının ziyarətçiləri və iştirakçılarının bütün sorğularına cavab verəcək xüsusi informasiya sorğu mərkəzini işə salmağa hazırlaşır. Bu barədə Trend-ə İB-dən bildiriblər.

Şəhərin infrastrukturu (mədəniyyət mərkəzləri, nəqliyyat, hotellər və s.) haqqında bütün zəruri sorğu bir neçə dildə (ingilis, rus, fransız və s.) təqdim ediləcək.

Qeyd edək ki, Bakıda gələn il iyunun 12-dən 28-dək idmanın 19 növü üzrə I Avropa Oyunları keçiriləcək. Yarışlarda 6 mindən çox idmançı iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti