...

"Bakcell" abunəçiləri "ExpressPay" vasitəsilə etdikləri ödəniş üçün pulsuz dəqiqələr alırlar

Telekommunikasiya Materials 3 Sentyabr 2014 18:29 (UTC +04:00)
“ExpressPay” ödəniş terminalları vasitəsilə “Bakcell” nömrələrinə 10 manat və daha artıq ödəniş aparan abunəçilərə “ExpressPay” tərəfindən 5 dəqiqə danışıq vaxtı hədiyyə edilir.
"Bakcell" abunəçiləri "ExpressPay" vasitəsilə etdikləri ödəniş üçün pulsuz dəqiqələr alırlar

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"ExpressPay" ödəniş terminalları vasitəsilə "Bakcell" nömrələrinə 10 manat və daha artıq ödəniş aparan abunəçilərə "ExpressPay" tərəfindən 5 dəqiqə danışıq vaxtı hədiyyə edilir.

Qeyd etmək lazımdır ki, hədiyyəli dəqiqələr CİN abunəçiləri üçün nəzərdə tutulub. Digər tariflərdən istifadə edən "Bakcell" abunəçilərinin nömrələrinə isə SMS vasitəsilə kod yollanılır. Həmin kodu CİN abunəçisinin telefonundan 5555 qısa nömrəsinə göndərməklə hədiyyəli dəqiqələrdən yararlanmaq mümkündür. Hədiyyəli dəqiqələr abunəçilər tərəfindən 3 gün ərzində istifadə oluna bilər.

"ExpressPay" sürətli ödəmələr sisteminin yaradılmasında başlıca məqsəd vətəndaşların bu ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti