...

Azərbaycanda mobil və fiksajlanmış internet-trafikdən istifadə artıb

Telekommunikasiya Materials 16 Sentyabr 2014 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, 2014-cü ilin avqustunda Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində daxil olan internet-trafikin sürəti 6,7 Mbit/saniyə təşkil edib. Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

İyul ayı ilə müqayisədə həmin göstərici 10,5 faiz artıb.
Reytinqdə "Bakcell", "Azercell" və "Azerfon" mobil operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Tədqiqatın aparıldığı dövrdə bu şəbəkələrdə daxil olan trafikin maksimal sürəti 9,07 Мbit/s ("Azerfon"da), eləcə də 7,03 Мbit/s ("Bakcell") və 5,19 Мbit/s ("Azercell") təşkil edib.

Göstərilən dövrdə Azərbaycanın mobil şəbəkələrində xaric olan trafikin orta sürəti 2,2 Mbit/s olub ki, bu da 2014-cü ilin iyul ayının göstəricisindən 54,5 faiz çoxdur.

İyulda xaric olan trafikin maksimal sürəti 3,46 Мbit/s ("Azerfon"da), 2,2 Мbit/s ("Bakcell), eləcə də 1,68 Мbit/s ("Azercell") olub.

"NetIndex" reytinqinə əsasən, avqustda Azərbaycanda daxil olan genişzolaqı internet-trafikin orta sürəti iyul ayı ilə müqayisədə 7,8 faiz artaraq 6,9 Mbit/s təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 42,79 Mbit/s "CityNet" şəbəkəsində), minimum isə 2,18 Mbit/s ("Azerin") təşkil edib.

Xaric olan fiksajlanmış trafikin sürəti 11,6 faiz artaraq 4,6 Mbit/s olub. Xaric olan trafikin maksimum sürəti 43,09 Mbit/s ("CityNet" şəbəkəsi), minimum isə 0,47 Mbit/s ("Azerbaijan Data Network") olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti