...

Almaniyanın proqram təminatı istehsalçısı Azərbaycanın İT bazarına çıxır

Telekommunikasiya Materials 17 Sentyabr 2014 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Hüseyn Mehdiyev/

Azərbaycanın informasiya texnologiyaları bazarının böyük potensialı ölkə bazarında möhkəmlənmək niyyətində olan LucaNet şirkəti üçün əsas amildir. Bu barədə çərşənbə günü Trend-ə AFKEM AG (LucaNet şirkətinin sertifikatlı tərəfdaşı) şirkətinin baş direktoru Matteus Eminal bildirib.

LucaNet şirkəti aparıcı proqram təminatı istehsalçısı, seminarların təşkilatçısı, "Business Intelligenсе" sahəsində məsləhət xidmətlərinin provayderidir. Şirkət planlaşdırma, innovasiyaları, səmərəliliyi və şəffaflığı ilə fərqlənən maliyyə birləşmələri və maliyyə analizi sahəsində proqram həllər təklif edir.

M.Ebinalın sözlərinə görə, LucaNet şirkəti iqtisadiyyatın sektorlarından asılı olmayaraq, standart həlldir. Bu, neft sənayesi, tikinti, ticarət, maşınqayırma, maliyyə sektoru, aviadaşımalar və digərləri üçün həllərdir: "Biz Azərbaycanın proqram bazarının analizini keçirdik və hesab edirik ki, bu bazar tərəfimizdən irəli sürülən proqram həlləri üçün perspektivli ola bilər. Biz Almaniyada və başqa ölkələrdə uğurla işləyirik. Azərbaycanda biz həllərin tələbat olacaq spektrini təklif etmək niyyətindəyik".

Azərbaycanda AFKEM AG şirkətinin tərəfdaşı kimi ölkənin Cybernet informasiya texnologiyaları şirkəti çıxış edir. M.Ebinalın sözlərinə görə, şirkətlə əməkdaşlıq sazişi yaxın gələcəkdə imzalanacaq: "Biz əməkdaşlıq proqramını təyin etmək niyyətindəyik. Çünki Cybernet-in əməkdaşlarının şirkətimizin fəlsəfəsi ilə ətraflı tanış olmaları və məhsulumuzu yaxşı tanımaları çox vacibdir. Cybernet-in əməkdaşları Almaniyada hazırlıq keçəcəklər".

Cybernet şirkətinin baş direktorunu müavini Anar Mehdiyev hesab edir ki, Almaniya bazarında çoxlu sayda yerli şirkətlər var ki, onlar bu ölkənin hüdudlarından kənarda o qədər də tanınmırlar. Amma bu şirkətlərin həlləri keyfiyyətinə görə digər məşhur alman brendlərinin məhsulalrından heç nə ilə geri qalmırlar: "LucaNet ilə əməkdaşlığımızın əsas hədəfi ondan ibarətdir ki, bu şirkətin innovativ həlləri Azərbaycan bazarına çıxarılsın. Hazırda LucaNet-in həllərindən dünyanın 50-dən çox ölkəsindəki 1500-dən çox şirkət istifadə edir. Bəzən şirkətlər o qədər də önəmli olmayan məsələlərdən ötrü kompleks həllər almalı olurlar ki, bu da maliyyə nöqteyi-nəzərindən özünü doğrultmur. LucaNet-in həlləri məhz müxtəlif səviyyəli məsələləri az xərc çəkməklə həll etməyə imkan verən alətlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti