...

Azercell-dən Gənc OL unikal tarif paketi

Telekommunikasiya Materials 19 Sentyabr 2014 18:37 (UTC +04:00)
Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" payızda da abunəçilərinə maraqlı sürpriz hazırlayıb.
Azercell-dən Gənc OL unikal tarif paketi

Azərbaycan, Bakı, 19 sentyabr/Trend/

Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" payızda da abunəçilərinə maraqlı sürpriz hazırlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni Gənc OL tarifini abunəçilərinə təqdim edən "Azercell" inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir.

İndi hər kəs Gənc OL tarifinə qoşula bilər, özü də çox asan. Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri Gencol5 və ya Gencol10 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla siz sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərsiz.

Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla siz Gənc OL abunəçiləri arasında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışacaqlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burada abunəçilərə öz aralarında 800 dəq, şəbəkədaxili 50 dəq, şəbəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda, 1 GB mobil internet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.

Tarif paketləri

Aylıq

Paketlər

Aylıq paketdən sonra xidmətlərdən istifadə haqqı

GəncOL5

GəncOL10

Paketin qiyməti

5 AZN

10 AZN

Gənc Ol abunəçiləri arasında (dəq)

300

800

0.02

Şəbəkədaxili zənglər (dəq)

20

50

0.12

Şəbəkəxarici zənglər (dəq)

10

30

0.12

Mobil internet

500 MB

1 GB

-

SMS

300

800

0.03

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla siz eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından (www.gencol.az) yararlana bilərsiz. Portala daxil olmaqla siz Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan da faydalana bilərsiniz.

Onu da qeyd edək ki, bütün "Azercell" abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. Gənc OL paketinin sizə təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulmaqla siz ParkCinema-da həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcəksiz.

Bütün Gənc OL abunəçiləri endirim və kampaniyalardan www.gencol.az/benefits saytına daxil olaraq faydalana bilər. Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti