...

Bakcell-dən yeni brend smartfon - ALOV

Telekommunikasiya Materials 19 Sentyabr 2014 20:36 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ötənilki ilk uğurlu smartfonunun ardından böyük məmnuniyyətlə Azərbaycan bazarında yeni brend smartfonu olan ALOV-u təqdim edir.
Bakcell-dən yeni brend smartfon - ALOV

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ötənilki ilk uğurlu smartfonunun ardından böyük məmnuniyyətlə Azərbaycan bazarında yeni brend smartfonu olan ALOV-u təqdim edir.

Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, "Android" əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: "Biz ötən il bazarda öz brend smartfonumuzu - Bakcell smartfonunu təqdim edən ilk mobil operatoruq. Bakcell smartfonları 2013-cü ildə bizim üçün çox uğurlu təşəbbüs olub. Bakcell 3G İnternet brendi və Bakcell brendi ən yaxşı mobil məlumat ötürməsi və mobil internet xidməti göstərməsi ilə tanınır. Bu iki xüsusiyyəti yüksək keyfiyyət və funksionallığı ilə seçilən mobil qurğuda cəmləşdirmək bizim üçün labüd addım idi. Bazarda Bakcell smartfonuna kifayət qədər yüksək tələbat oldu. Biz əminik ki, ALOV ən yaxşı istifadə təcrübəsi təqdim etməklə bizim ilk smartfonumuz qədər uğurlu olacaq".

ALOV smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.

Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir:

Geniş 4.7 düymlü sensorlu ekran
5 meqapiksel kamera
Ön kamera
4-nüvəli prosessor - 1.3 GHz Quad Core
RAM 512 + ROM 4GB
Əməliyyat sistemi- Android 4.4
2000 mAh Batareya

Premium smartfon xüsusiyyətlərinə malik bu cihazın qiyməyi 129 AZN təşkil edir.

Alıcılar 1 illik zəmanətə yanaşı, hər ay 1GB olmaqla 6 ay ərzində bonus şəklində internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir.

ALOV smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.

ALOV smartfonu "Bakcell"in rəsmi diler və tərəfdaşı olan dükanlardan əldə oluna bilər.

ALOV smartfonu barədə əlavə məlumatı bu linkdə əldə etmək olar: http://www.bakcell.com/az/alov-smartfon

Ötən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013-2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti