...

Azərbaycanın ali məktəbləri “buludlu” xidmətlərə ödənişsiz giriş əldə edəcəklər

Telekommunikasiya Materials 22 Sentyabr 2014 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın ali məktəbləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun "buludlu" xidmətlərinə ödənişsiz giriş əldə edəcəklər. Bu barədə bazar ertəsi Trend-ə İTİ-dən məlumat verilib.

İnstitut ali məktəblərə "buludlu" xidmətlərdən (AzSienceCloud) istifadədə onlara verilən üstünlüklərə dair rəsmi müraciət hazırlayır.

Hazırda Azərbaycan Elmlər Akademiyasının elmi tədqiqat institutlarının əməkdaşları "buludlu" hesablama xidmətlərindən istifadə edə bilirlər.

"Buludlu" xidmətlər 2012-ci ilin aprelində istifadəyə verilən İTİ-nin DATA mərkəzində yerləşir.

DATA Mərkəzin hesablama qabiliyyəti modulyar prinsip üzrə qurulub ki, bu da onun resurslarını tədricən artırmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti