...

"Bakcell" iki yeni Müştəri Xidmətləri Mərkəzi açdı (FOTO)

Telekommunikasiya Materials 24 Sentyabr 2014 17:52 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq abunəçilərinə ən yüksək səviyyədə göstərdiyi xidmətləri abunəçilər üçün daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir.
"Bakcell" iki yeni Müştəri Xidmətləri Mərkəzi açdı (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq abunəçilərinə ən yüksək səviyyədə göstərdiyi xidmətləri abunəçilər üçün daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir.

Sentyabrın 24-də Bakının mərkəzində "Bakcell" şirkətinin əlavə iki yeni Müştəri Xidmətləri Mərkəzinin açılış mərasimi keçirilib.

Ü.Hacıbəyov, 48 ünvanında, Sahil bağının yanında yerləşən bu iki mərkəzdən biri xüsusi olaraq "Gold" tarifində olan abunəçilər üçün nəzərdə tutulub. Burada "Bakcell"in korporativ abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunacaq.

Şirkətin əvvəllər Nizami, 123 ünvanında yerləşdiyi Müştəri Xidməti Mərkəzi abunəçilərin yaddaşında "Sahil ofisi" kimi qalan "Bakcell" şirkətinin yenidən qurulan Müştəri Xidmətləri Mərkəzinə köçürüləcək və bu mərkəz "Bakcell"in ən böyük Müştəri Xidmətləri Mərkəzi olacaq.

"Bakcell" şirkəti yeni açılan ən böyük Müştəri Xidmətləri Mərkəzinə müraciət edən abunəçilər üçün xoş sürpriz hazırlayıb. Belə ki, "Bakcell" şirkəti açılışdan sonrakı 7 gün ərzində Müştəri Xidmətləri Mərkəzinə gələn hər yüzüncü abunəçiyə özünün yeni "Alov" smartfonunu hədiyyə edəcək.

"Bakcell" "Daha yaxın olaq" fəlsəfəsinə sadiq olaraq 300-dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 30-a yaxın Müştəri Xidmətləri Mərkəzində abunəçilərinə ən üstün müştəri xidməti təqdim etməkdən qürur duyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti