...

Azərbaycanda internet trafik mübadiləsi nöqtəsi yaradılacaq

Telekommunikasiya Materials 30 Sentyabr 2014 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda internet trafik mübadiləsi (Internet eXchange) nöqtəsinin yaradılması planlaşdırılır. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, layihəni qabaqcıl magistral provayderlərin xəttinə çıxış imkanı olan Azərbaycanın ilkin internet provayderi səviyyəsində reallaşdırmaq planlaşdırılır.

Mənbə qeyd edib ki, Azərbaycanda internet trafik mübadiləsi nöqtəsinin yaradılması informasiya resurslarının optimallaşdırılmasına və əlçatan olmasına, internet provayderləri və internet istifadəçilərinin əksəriyyəti üçün şəbəkələrarası qarşılıqlı fəaliyyətin təşkilinə xidmət edir, həmçinin trafik tranziti xərclərini azaldacaq.

O bildirib ki, "Internet eXchange" şəbəkə infrastrukturu provayderlərə müstəqil şəbəkələr arasında IP trafiki mübadilə etməyə imkan verəcək. İnternet trafik mübadiləsi nöqtəsinin səmərəliliyi ona qoşulmuş iştirakçıların sayının çoxalması ilə artacaq. Layihənin məqsədləri magistral xarici kanalların yüklənib açılması, trafikin ucuzlaşdırılması, ucqar regionlarda şəbəkə infrastrukturunun inkişafıdır.

İnternet trafik mübadiləsi nöqtəsinə qoşulmuş internet xidmətləri tədarükçüləri məqbul şərtlər əsasında trafik mübadiləsi apara biləcəklər ki, bu da son istifadəçilərə göstərilən xidmətlərin ucuzlaşmasına və keyfiyyətinin artırılmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti