...

"Can Azərbaycan" kanalı "Azerspace" peyki ilə yayımlanacaq

Telekommunikasiya Materials 30 Sentyabr 2014 15:26 (UTC +04:00)
"Azərkosmos" ASC Türkiyənin "Mediathink" şirkəti ilə "Can Azərbaycan" televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair müqavilə imzalayıb.
"Can Azərbaycan" kanalı "Azerspace" peyki ilə yayımlanacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərkosmos" ASC Türkiyənin "Mediathink" şirkəti ilə "Can Azərbaycan" televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair müqavilə imzalayıb.

Trend-in məlumatına görə, müqaviləyə əsasən kanal 1 oktyabr 2014-cü il tarixindən etibarən efirə çıxacaq.

"Mediathink" şirkətinin müdiri Namik Kemal Yıldırım bildirib ki, gələcəkdə nəzərdə tutulan ən mühim layihə Azərbaycan musiqisi, mədəniyəti və tarixinin "Can Azərbaycan" kanalı vasitəsilə həm Türkiyədə, həm də dünyada yaşayan azərbaycanlılara çatdırmaqdır. O, imzalanmış müqavilədən məmnun olduğunu vurğulayaraq, kanalın "iki dövlət bir millət" prinsipi ilə fəaliyyət göstərəcəyini qeyd edib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti