...

Azərbaycanda iri DATA-mərkəzlərin tikintisi strategiyası müəyyənləşdirilib

Telekommunikasiya Materials 30 Sentyabr 2014 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Data Center Plan" (DSP) komandası Azərbaycanda məlumatların işlənməsi üzrə iri mərkəzlərin (DATA-mərkəzlər) tikintisinə cəlb olunub. Bunu çərşənbə axşamı Trend-ə "Cybernet" şirkətindən deyiblər.

"Cybernet" 2013-cü ildən DCP-nin üzvüdür. Komandanın tərkibinə ABŞ, Fransa, Rumıniya, Sloveniya, Çexiya və digər ölkələrdən olan sənaye və tikinti sektorlarının şirkətləri, proqram-aparat platformalarının istehsalçıları və konsaltinq şirkətləri daxildir. DSP-də, həmçinin IBM, "Legrand" və "Caterpillar" şirkətləri təmsil olunub.

Şirkətdən qeyd ediblər ki, hazırda respublikada iri DATA-mərkəzlərin tikintisinin biznes-planı və modeli hazırlanıb: "Sentyabr ayı ərzində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üzrə Azərbaycanın dövlət və özəl sektorlarının nümayəndələri ilə danışıqlar aparılıb".

Azərbaycanın telekommunikasiya şirkətlərinin mütəxəssisləri üçün məlumatların işlənməsi mərkəzlərinin tikintisi sahəsində ixtisasartıma proqramı hazırlanıb, eləcə də bu mövzu üzrə 2 həftəlik təlimlərin keçirilməsi planlaşdırılıb.

Azərbaycanda DATA-mərkəzlərin yaradılması zamanı Sloveniya, Çexiya və Rumıniya kimi ölkələrin təcrübəsindən istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti