...

Azərbaycanda əlillərin reabilitasiya mərkəzlərinin şəbəkə infrastrukturu yaradılır

Telekommunikasiya Materials 1 Oktyabr 2014 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin reabilitasiya mərkəzləri üçün şəbəkə infrastruktrunun yaradılması və rabitə xidmətlərinin göstərilməsi məqsədi ilə podratçıları cəlb edib. Bunu çərşənbə günü Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Azərbaycanın "Smart Systems Technology" İT şirkəti tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə informasiya sistemində məlumatların mübadiləsi üçün şəbəkə infrastrukturunun yaradılması ilə məşğul olacaq.

Şirkət telekommunikasiya avadanlığı quraşdıracaq və rabitə xətləri çəkəcək. Layihənin dəyəri 53 min manatdır. "Delta Telecom" şirkəti də layihənin reallaşdırılmasına cəlb edilib. Şirkət əlillərin reabilitasiya mərkəzlərini birləşdirən fiber-optik infrastrukturu yaradacaq.

Layihənin dəyəri 40 min manatdan çox qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti