...

Azərbaycanda teleqraf rabitəsinə tələbat kəskin azalıb

Telekommunikasiya Materials 27 Oktyabr 2014 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Mobil rabitə istifadəçilərinin sayının artması və internet xidmətlərinin gündəlik inkişafı fonunda Azərbaycanda teleqraf rabitəsinə tələbat azalıb. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, yaxın gələcəkdə teleqraf xidmətindən istifadə az da olsa, aktuallığını qoruyacaq: "Çünki bu servis növü hüquqi qüvvəsi olan sənədli informasiyanın mübadilə üsuludur".

Qeyd edək ki, hazırda teleqraf rabitəsinin əsas istehlakçısı dövlət sektorudur. Hazırda "Azərpoçt" MMC-nin poçt şöbələrindən başqa, sifarişlərin qəbulu Baş Poçt İdarəsinin binasında yerləşən vahid mərkəzdə - "Bakı Teleqrafı" ASC-də həyata keçirilir.

ASC-dən deyiblər ki, telefon üzrə teleqramların qəbul xidməti müvəqqəti dayandırılıb və servis ödəniş kartlarından istifadə etməklə onlayn rejimdə (operatorun internet resursu vasitəsilə) təklif olunur.

Qeyd edək ki, hazırda beynəlxalq teleqramın göndərişi 1 manat (respublikadaxili 0,5 manat) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti