...

"PlayStation FIFA 14" çempionatının qalibləri

Telekommunikasiya Materials 27 Oktyabr 2014 19:41 (UTC +04:00)
Azərbaycanın lider mobil operatoru Azercell Telekom-un Gənc OL tarifi çərçivəsində keçirdiyi PlayStation FİFA 14 Çempionatının final mərhələsi baş tutub.
"PlayStation FIFA 14" çempionatının qalibləri

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycanın lider mobil operatoru Azercell Telekom-un Gənc OL tarifi çərçivəsində keçirdiyi PlayStation FİFA 14 Çempionatının final mərhələsi baş tutub. Oktyabrın 26-da Nizami kinoteatrında keçirilən Böyük Finalda 3 nəfər iştirakçı qalib seçilib. Çempionatın nəticələrinə görə 1-ci yerin qalibi Orxan Əliyev iPhone 6 64GB, 2-ci yerin qalibi Süleyman Quluzadə iPad Air 32GB və 3-cü yerin qalibi Rüfət Niftəliyev iPad Air 16GB hədiyyələrini, çempionatın bombardiri Emil Əliyev isə Samsung S7262 smartfonunu qazandı.

Məlumat üçün bildirək ki,18-22 oktyabr 2014-cü il tarixində Gənc OL portalında qeydiyyatdan keçən 16 yaşını tamamlamış 500-ə yaxın Azercell abunəçisi PlayStation FİFA 14 Çempionatına qoşulub. Yarışma bir neçə tur və Böyük Finaldan ibarət idi. Yarışmada iştirakçılar PlayStation FİFA 14 futbol video oyununu oynayıb topladıqları xallardan asılı olaraq növbəti mərhələyə keçiblər.

Onu da qeyd edək ki, Azercell Gənc OL tarifinə qoşulan abunəçilərə inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla siz Gənc OL abunəçiləri arasında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışırlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burda abunəçilərə öz aralarında 800 dəq, şəbəkədaxili 50 dəq, şəbəkəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda 1 GB Mobil İnternet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla siz eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilərsiz. Portala daxil olmaqla siz eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilərsiniz.

Azercell Gənc OL tarifinə qoşulan abunəçilərini maraqlı yeniliklərlə sevindirməyə davam edəcək.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti