...

Azərbaycanda dördüncü mobil operatorun yaranması təxirə salınır

Telekommunikasiya Materials 30 Oktyabr 2014 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Naxtel" şirkətinin Azərbaycanda yeni mobil operator kimi bazara çıxması müzakirə mövzusu deyil. Bunu cümə axşamı Trend-ə Naxçıvan Muxtar Respublikasının (NMR) telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbənin qeyd etdiyi kimi, hazırda "Naxtel"in fəaliyyət başlamasına dair qərar qəbul edilməyib və şirkətin Azərbaycan ərazisində mobil rabitə xidmətləri göstərməyə başlamasına dair xəbər həqiqətəuyğun deyil.

Hazırda operator 800-900 MHz diapazon tezliyindən istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir.

Bir müddət əvvəl Trend-ə NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyildiyi kimi, şirkət 4G şəbəkəsinin tətbiq edilməsi üzrə layihə hazırlayıb: "4G ilkin mərhələdə NMR ərazisində əlçatan olacaq. Növbəti mərhələdə isə 4G şəbəkəsi Azərbaycanın bütün ərazisini əhatə edəcək. Ölkənin digər mobil rabitə operatorları kimi "Naxtel" şirkəti də GSM standartında rabitə xidmətləri göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti