...

Azərbaycanda smartfonlarla səsli idarəetmənin yerli proqramı hazırlanır

Telekommunikasiya Materials 31 Oktyabr 2014 12:59 (UTC +04:00)
Azərbaycanın proqram təminatı istehsalçısı olan "Dilmanc" şirkəti smartfonların səs komandalarının idarə edilməsi imkanı verən Siri proqramının analoqunu təqdim etməyə hazırlaşır.
Azərbaycanda smartfonlarla səsli idarəetmənin yerli proqramı hazırlanır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Hüsüeyn Vəliyev/

Azərbaycanın proqram təminatı istehsalçısı olan "Dilmanc" şirkəti smartfonların səs komandalarının idarə edilməsi imkanı verən Siri proqramının analoqunu təqdim etməyə hazırlaşır. Bu barədə cümə günü Trend-ə "Dilmanc" şirkətindən bildirilib.

Yeni proqram avtomatik olaraq səsi mətnə dəyişdirməyə imkan verəcək ki, bu da məsələn, əgər istifadəçi avtomobildə sükan arxasında olarsa mətnin yığılması və SMS göndərilməsi zamanı faydalı ola bilər. Bu halda səs komandaları ilə mesajı onu alanın smartfonunun telefon kitabından seçmək mümkün olacaq: "Distribütivin digər faydalı funksiyalarından biri də maraqlı mövzularda suallar vermək imkanıdır. Məsələn, sabaha olan hava proqnozunu öyrənmək, avtomobil tıxaclarının olması barədə məlumat almaq və ya kalkulyatorun hesablama funksiyasından istifadə etmək. Bununla yanaşı, proqram Azərbaycan dilində cavab verəcək".

Səs komandasının köməyi ilə istənilən internet saytına baxmaq üçün açmaq və lazımi mətni səsləndirmək mümkün olacaq.

Proqram Android əməliyyat sisteminin idarəçiliyi altında çalışan qurğuların istifadəçiləri üçün 2015-ci ildə əlçatan olacaq. Gələcəkdə distribütiv digər əməliyyat sistemlərinə də uyğunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti