Azərbaycan, Bakı, 8 fevral/ Trend /
"Azərenerji" ASC (Bakıda elektrik enerjisinin istehsalı və paylanması) 2009-ci il yanvar ayındakı iki milyarddan çox kilovat-saat elektrik enerjisinə nisbətdə bu ilin yanvarında 1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə ASC-nin bazar ertəsi yayılan məlumatında deyilir.
Məlumatda bildirildiyi kimi, ötən ay ərzində ASC tərəfindən istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 1,6 milyard kilovat-saat İES-lərin, təxminən 0,3 milyard kilovat-saat isə SES-lərin payına düşüb.
Həmçinin yanvar ayı ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanla planlı enerji mübadiləsi davam etdirilib.