"Petkim"in yeni loqosu təqdim olunub

Energetika Materials 19 Mart 2010 08:15 (UTC +04:00)

İstanbulda SOCAR-TURCAS alyansı tərəfindən "Petkim Petrokimya Holding"in yeni loqosunun təqdimatı olub, ARDNŞ-nin internet saytının yaydığı məlumatda deyilir.

Mərasimdə Türkiyə neft-kimya sənayesinin təmsilçiləri, ölkə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Qeyd edilmişdir ki, "Petkim Petrokimya Holding"in yeni loqosu "Brandista" agentliyi tərəfindən hazırlanmışdır. Bir il ərzində işlənib geniş ictimaiyyətə təqdim olunmuş "Petkim"in yeni loqosunda yaşıl, qırmızı və mavi rənglər üstünlük təşkil edir. Yaşıl - ətraf aləm və atmosferi xarakterizə edir, sülh və sabitlik təcəssümüdür; qırmızı - görülən işə göstərilən münasibəti, inkişaf və enerjini; mavi - ağıllı və soyuqqanlı olmağı, özünüidarəetmə və yenilikçiliyi ehtiva edir. "Brandista" agentliyinin rəhbəri və yaradıcılıq direktoru Bahadır Bayrıl bildirmişdir ki, yeni loqo hazırlanarkən "Petkim"in həm regional, həm də qlobal miqyas daşıyan kommersiya iddialarını diqqət mərkəzində saxlamışlar. Üç rəngin bir-birinə "P" hərfi şəklində bağlılığına işarə edən Bahadır Bayrıl bu hərfin korporativ dəyərlərin rəmzi olduğunu söyləmişdir.
 ".

Xəbər lenti

Xəbər lenti