...

Azərbaycan Dövlət Neft Fondu xarici şirkətlərin avadanlıqlarının satışını elan ediR

Tender müsabiqələri Materials 24 Aprel 2014 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici neft şirkətləri tərəfindən hasilatın pay bölgüsü üzrə (PSA) müqavilələr çərçivəsində təklif olunan aktivlərin satışını elan edib. Trend xəbər verir ki, bu barədə Fondun "Xalq qəzeti"ndə dərc etdirdiyi məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, göstərilən aktivlərə neft və qaz quyularının qazılması üçün lazım olan qaynaq avadanlıqları, elementlərin geniş çeşidi, avadanlıqların ehtiyat hissələri və başqa aktivlər aiddir.

Yuxarıda göstərilən aktivlərin alınmasına maraq göstərən şəxslər 2014-cü il mayın 1-dək ARDNF-yə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün ARDNF-nin Maddi-texniki təminat şöbəsinin mütəxəssisi Abdulla Böyükkişiyevə müraciət etmək olar.

Əlaqə telefonları: (012) 498 77 53, 498 62 55 (daxili - 193)

ARDNF-nin Əsasnaməsinə görə, fondun vəsaitləri strateji əhəmiyyətli infrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasında, həmçinin ümummilli əhəmiyyətli problemlərin həllində istifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti