Özbəkistan, Daşkənd, 20 noyabr / Trend , müxbir D.Əzizov/
"Uzbekistan Temir Yullari"(Özbəkistan Dəmir Yolları) Dövlət Səhmdar Dəmiryolu Şirkəti (DSDŞ) və Əfqanıstan höküməti 2009-cu ilin noyabrında dəyəri 170 milyon dollar olan yeni Xayraton-Məzari-Şərif dəmir yolunun inşası üzrə müqavilə imzalamağı planladırırlar. Bu barədə Özbəkistan XİN-in rəsmi saytında yayılmış məlumatda deyilir.
"Müqavilənin imzalanması 2009-cu ilin noyabrında, yəni - heyyətin, maşınların və "Uzbekistan Temir Yullari" DSDŞ-ın mezanizmlərinin, Xayraton-Məzari-Şərif xətti boyunca dəmir yolu infrastrukturunun tikinti obyektlərinin təhlükəsizliyinə rəsmi zəmanət verildikdən sonra planlaşdırılıb, məlumatda deyilir.
Bildirildiyi kimi, "Uzbekistan Temir Yullari" Əfqanıstan hökümətinin Xayratondan Məzari-Şərifə qədər, uzunluğu 75 kilometr olan dəmir yolunun inşasına dair elan etdiyi tenderin qalibi olub.
Layihə Asiya İnkişaf Bankının 165 milyon dollar və Əfqanıstan hökümətinin təxminən 5 milyon dollar vəsaiti hesabına həyata keçiriləcək.
Layihənin reallaşdırılma müddəti 2011-ci ilin ikinci yarısınadır.
Oktyabrda tərəflərin nümayəndələri arasında müqavilənin imzalanmasına dair şərtlər barədə danışıqlar aparılıb.
Əvvəl, 2008-ci ilin noyabrında, Özbəkistan və Əfqanıstan höküməti, o cümlədən AİB dəmir yolu infrastrukturunun inkişafi vasitəsilə ticari-iqtisadi imkanların genişləndirilməsinə dair memorandum imzalayıblar.
Sənəd çərçivəsində Özbəkistan tərəfi Məzari-Şərif vasitəsilə Xayraton və Herat arasında dəmir yolunun inşasına dair TİS layihəsinin işlənməsində köməklik göstərib. Həmçinin Məzari-Şərifdə və digər yol infrastrukturlarında yük terminalının inşasına lokomativlərin tədarükü planlaşdırılır.
Əfqanıstana idxal olunan malların demək olar ki, yarısı Xayraton limanı vasitəsilə həyata keçirilir və yeni dəmir yolun istismara verilməsi yükdaşımaları əhəmiyyətli dərəcədə artıracaq.
"Uzbekistan temir yulları" DSDŞ 1994-cü ildə Orta Asiya Dəmiryollarının tərkibindən çıxandan sonra yaradılıb. Nizamnamə kapitalı şirkətin yeddi bölməsinin dövlət aktivləri hesabına formalaşıb və 197,6 milyard sum təşkil edib. Nizamnamə kapitalı 100 faiz hökümətə məxsusdur.
Özbəkistanın dəmiryollarının ümumi uzunluğu 4,1 min km təşkil edir. Ölkə daxilində yükdaşımaların 66 faizi, ümumi ixrac və idxal üzrə yükdaşımaların isə 80 faizi dəmiryollarının payına düşür.
Noyabrin 20-nə olan rəsmi məzənnə 1506,58 sum/1$ təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]