...

"Savalan" qrupu toylardan imtina edib

Cəmiyyət Materials 26 Dekabr 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Günel Əhmədova/

"Savalan" qruppu "Türkülər" adlı proqram hazırlayır. Yarımsaatlıq proqram televiziya kanalları üçün nəzərdə tutulub. Bu barədə TrendLife-a məlumat verən qrup rəhbəri Novruz Novruzovun sözlərinə görə, bir müddət əvvəl "YUĞ" teatrı ilə işbirliyi qursalar da, teatrdakı ixtisarlarla bağlı yaradıcılıq işi davam etdirilməyib. Buna baxmayaraq, teatrın direktoru Vaqif İbrahimoğlu istədikləri vaxt tamaşa oynamaq üçün səhnəni qrupun sərəncamına verməyə hazır olduğunu bildirib.

Qrup rəhbərinin söhbəti əsnasında onu da öyrəndik ki, böyük ehtiyacın yaranmasına baxmayaraq, "Savalan" hələ də disk çıxartmaq niyyətində deyil. Toylarda oxumaqdan imtina edən qrupun gəlir mənbəyi də yoxdur: "Biz çalışırıq ki, ancaq sənət göstərək. Buna görə də disk çıxartmaq üçün vəsait yoxdur. Yəni bu gün gəlir yerimiz yoxdur. Xaricilər bizdən tez-tez SD disk istəyirlər. Amma disk çıxartmağa imkanımız yoxdur".

Qeyd edək ki, sonuncu dəfə Pakistanda keçirilən festivalda çıxış edən "Savalan"ın başqa festivallarda da iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti