...

Mstislav Rastropoviç dünyasını dəyişib

Cəmiyyət Materials 26 Aprel 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /müx.Trendlife Eldar Hüseynzadə/ Bu gün dünyaşöhrətli müsiqiçi Mstislav Rostropoviç dünyasını dəyişib. Bu haqda Trendlife-a Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi xəbər verib. O, ömrünün 80-ci baharında həyatdan köçüb. Bir neçə gün bundan əvvəl musiqiçi Rusiya onkoloji elmi mərkəzinə yerləşdirilmişdi. Mstislav Rostropoviç 1927-ci ildə mart ayının 27-də Bakıda anadan olub. O, həm dirijor, həm də vilonçel ifaçısıdır. Rastrapoviç Stalin (1966) və Lenin (1951 və 1964) mükafatları laureatı, 1992-ci ildə isə Dövlət mükafatı laureatı olub. O, tək musiqiçi kimi yox, mənəvi azadlıq, insan hüquqlarını qoruyan şəxs kimi də məhşur idi.

1974-cü ildə Rastropoviç Qərbin ilk aparıcı dirijorlarından biri idi. 17 il ərzində o, Vaşinqtonda Milli Simfoniya Orkestrinin bədii rəhbəri olub, fasiləsiz dirijorluq edib. Müntəzəm olaraq o, Berlin Filarmoniyasında, Boston simfonik Orkestrində, London Filarmoniyasında, London simfonik Orkestrində qonaq olub.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti