...

"Eurovision" iştirakçısı intihar edib

Hadisə Materials 13 Dekabr 2011 12:14 (UTC +04:00)
"Eurovision 1998" mahnı müsabiqəsinin Rumıniyadan olan 37 yaşlı iştirakçısı Malina Olinesku dekabrın 11-dən 12-nə keçən gecə intihar edib.
"Eurovision" iştirakçısı intihar edib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir V.İmanov/

"Eurovision 1998" mahnı müsabiqəsinin Rumıniyadan olan 37 yaşlı iştirakçısı Malina Olinesku dekabrın 11-dən 12-nə keçən gecə intihar edib. Trend-in çərşənbə axşamı Rumıniya mətbuatına istinadən yaydığı məlumata görə, Olinesku Buxarestdə yaşadığı 6 mərtəbəli binadan özünü atıb.

Məlumatı "Eurovision 2012"-nin rəsmi saytı da təsdiqləyib.

Malina Olinesku 1974-cü il yanvarın 29-da Buxarest şəhərində anadan olub. O, peşəkar karyerasına 1995-ci ildə ölkənin "Mamaia and Cerbul de Aur (Golden Stag)" kimi musiqi festivallarında iştrakı ilə başlamışdı.

Xəbər lenti

Xəbər lenti