...

Neftçalada 73 yaşlı qadın intihar edib

Hadisə Materials 27 May 2013 09:59 (UTC +04:00)
Neftçala rayon sakini özünü Kür çayına ataraq intihar edib.
Neftçalada 73 yaşlı qadın intihar edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Neftçala rayon sakini özünü Kür çayına ataraq intihar edib.

Neftçala rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Bankə qəsəbə sakini, 1940-cı il təvəllüdlü Cavadova Fəridə Baloğlan qızı 26 may günorta saat 12:00 radələrində özünü Kür çayına ataraq intihar edib.

Hazırda prokurorluq tərəfindən intihar səbəbləri araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti