...

Bakıda aeroport yolunda sərnişin avtobusu ilə minik maşını toqquşdu, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb, yaralıların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 İyul 2013 09:54 (UTC +04:00)
Bu gün səhər saat 8.10 radələrində aeroport şossesində ağır yol qəzası baş verib.
Bakıda aeroport yolunda sərnişin avtobusu ilə minik maşını toqquşdu, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb, yaralıların şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün səhər saat 8.10 radələrində aeroport şossesində ağır yol qəzası baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aeroport şossesində sərnişin avtobusu ilə minik maşını toqquşub.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən şəxslərin 2-si kişi, 1-i qadın olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş 2 nəfər 19 yaşlı Kərimli Vüqar Elçin oğlu və 25 yaşlı Kərimov Elçin Afər oğludur.

Qeyd edək ki, bazu oynağının sınığı ilə xəstəxanaya daxil olan Vüqar Kərimli Dövlət İqtisad Universitetinin tələbəsidir. O, bu gün səhər universitetə kəsirini düzəltmək üçün gedirmiş.

Elçin Kərimovun isə budunda sınıq olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti