...

Şəkidə FHN əməkdaşları yol qəzasında xəsarət alıblar

Hadisə Materials 13 Mart 2014 19:25 (UTC +04:00)
Bu gün saat 17 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəkidə FHN əməkdaşları yol qəzasında xəsarət alıblar

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün saat 17 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki,hadsə Şəki giriş yolunun 6-cı kilometrliyində, Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Ağammədzadə Rövşən Fuad oğlu idarə etdiyi "55-BO-456" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə şəhərdən çıxış istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı çuxura aşırıb.

Nəticədə sürücü və onun sərnişini - Şəki sakini İsmayılov Samir Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan şəxslərin hər ikisi Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarıdır.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti