...

Biləsuvarda pambıq zavodu, Ağcabədidə ferma yanıb

Hadisə Materials 20 Mart 2014 00:19 (UTC +04:00)
Biləsuvarda pambıq zavodunda yanğın olub.
Biləsuvarda pambıq zavodu, Ağcabədidə ferma yanıb

Azərbaycan, Bakı, 20 mart /Trend/

Biləsuvarda pambıq zavodunda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində pambıq zavodunun ərazisində 70 kv.m sahəyə yığılmış 55 ton pambıq kiplərinin 0.4 tonu yanıb. Pambıq kiplərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 75 kv.m sahədə və içərisinə yığılmış 8 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğın zamanı fermanın içərisində olan 1 baş iribuynuzlu heyvan tüstüdən bogularaq tələf olunub. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti