...

Şabranda iki yük avtomobili toqquşub, yaralı sürücü avtomobildə sıxışıb qalıb

Hadisə Materials 27 Mart 2014 13:15 (UTC +04:00)
Şabranda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər yaralı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Şabranda iki yük avtomobili toqquşub, yaralı sürücü avtomobildə sıxışıb qalıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Şabranda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər yaralı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran şəhəri Bakı-Quba avtomobil yolunun 121-ci kilometrliyində "Shacman" markalı yük avtomobilinin "Volvo" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış "Volvo" markalı yük avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti