...

ARDNŞ Sahil qəsəbəsində maşinistin ölümü ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 11 Aprel 2014 12:56 (UTC +04:00)
Maşinistin səbirsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi həyatı bahasına başa gəlib.
ARDNŞ Sahil qəsəbəsində maşinistin ölümü ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Maşinistin səbirsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi həyatı bahasına başa gəlib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, aprelin 4-də "Neftqaztikinti" trestinin 1 saylı Tikinti quraşdırma idarəsinin işçiləri N.Nərimanov adına NQÇİ-nin 566 saylı estakadayanı meydançasından sualtı elektrik kabelini "Qaradağ-10" gəmisinin yedəyinə qoşulmuş kabel düzən kirjimin üzərinə yığaraq təmir etmək məqsədi ilə Sahil qəsəbəsindəki yanalma körpüsünə yaxınlaşan zaman, sahil bosmanı tərəfindən kirjim meydançaya bağlanmamış, pilləkən verilməmiş, təhlükəsizlik tələblərinə tam əməl olunmamış həmin idarənin daxiliyanma mühərriklərinin maşinisti 1965-ci il təvəllüdlü Kazımov Mais Qasım oğlu kirjimin körpüyə tam yaxınlaşmasını gözləmədən meydançaya tullanarkən başı betona dəyib və kirjimlə yanalma meydançası arasında qalaraq xəsarət almış, aldığı xəsarətdən dünyasını dəyişib.

Hüquq mühafizə orqanları hadisə yerində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti