...

Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 16 Aprel 2014 23:00 (UTC +04:00)
Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti