...

Gəncədə 5 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib (FOTO)

Hadisə Materials 17 Aprel 2014 00:30 (UTC +04:00)
Gəncədə 5 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Gəncədə 5 avtomobilin toqquşması ilə nəticələnən yol  qəzası baş verib (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Gəncədə 5 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 23:00 radələrində Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində ağır yol qəza hadisəsi baş verib.

Heydər Əliyev prospektində hərəkət edən iri tutumlu sərnişin avtobusu idarəetməni itirib və nəticədə Xətai prospekti ilə hərəkət edən digər nəqliyyat vasitələrinin yoluna cıxıb.

Qəza nəticəsində avtobus 5 müxtəlif avtomobillə toqquşub, hazırda hadisə yerində avtomobillərin hərəkəti qismən məhdudlasıb polis əməkdaşları zəruri tədbirlər kecirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti