...

İranın Buşəhr əyalətində güclü zəlzələ baş verib

Hadisə Materials 17 Aprel 2014 09:33 (UTC +04:00)
İranın Buşəhr əyalətinin Şonbə şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.
İranın Buşəhr əyalətində güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 17 aprel /Trend müxbir T.Cəfərov/

İranın Buşəhr əyalətinin Şonbə şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Tabnak xəbər saytı məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 04:01-də yerin 20 kilometr dərinliyində baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti