...

İran vətəndaşları saxlanıldı

Hadisə Materials 18 Aprel 2014 12:23 (UTC +04:00)
Azərbaycanın İranla sərhəd ərazisində İran vətəndaşları saxlanılıb.
İran vətəndaşları saxlanıldı

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın İranla sərhəd ərazisində İran vətəndaşları saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şəfəqli kəndinin ərazisində İran vətəndaşları, əvvəllər məhkum olunmuş Adil Nazimi və Rza Səidi saxlanılıblar.

Onlardan 23 kiloqram 25 qram tiryək və 1 ədəd gecəgörmə cihazı götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti