...

Iranda polis və quruplaşma üzvləri arasında qarşıdurma baş verib

Hadisə Materials 20 Aprel 2014 09:44 (UTC +04:00)
İranın Nişabur şəhərində ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxslə polis arasında qarşıdurma baş verib.
Iranda polis və quruplaşma üzvləri arasında qarşıdurma baş verib

Azərbaycan, Bakı, 20 aprel /Trend müxbir T.Cəfərov/

İranın Nişabur şəhərində ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxslə polis arasında qarşıdurma baş verib.

Trend-in İranın afkarnews saytına istinadən məlumatına görə, qarşıdurma ötən axşam baş verib. Qarşıdurmaya səbəb iki cinayətkar dəstənin bir-biri ilə dava etməsi və polisin bu davaya müdaxiləsi olub. Qarşıdurma zamanı əhalinin evlərinin pəncərələrinin şüşələri sındırılıb, avtomobillər yandırılıb və bir neçə nəfər yaralanıb. Polis 12 nəfəri həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti