...

Bakıda Xorvatiya vətəndaşından oğurluq etmiş şəxs tutulub

Hadisə Materials 21 Aprel 2014 13:23 (UTC +04:00)
Xorvatiya vətəndaşından oğurluq etmiş Bakı şəhər sakini saxlanılıb.
Bakıda Xorvatiya vətəndaşından oğurluq etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Xorvatiya vətəndaşından oğurluq etmiş Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Yuri Zaytsev saxlanılıb.

Y.Zaytsev aprelin 18-də "Park-Bulvar" ticarət mərkəzindəki "Bazar store" mağazasında Xorvatiya vətəndaşı Nladen Knotekə məxsus, içərisində 23 manatı və kredit kartları olan pul kisəsini oğurlayıb.

Faktla əlaqədar cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti