...

Rusiyada bankın şöbəsini ələ keçirən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Aprel 2014 16:07 (UTC +04:00)
Bu gün Rusiyanın Belqorod şəhərində "Zapadnıy" bankının şöbəsini ələ keçirən şəxs saxlanılıb.
Rusiyada bankın şöbəsini ələ keçirən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:04-də yayılıb)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Bu gün Rusiyanın Belqorod şəhərində "Zapadnıy" bankının şöbəsini ələ keçirən şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hazırda əməliyyat başa çatıb, cinayətkar saxlanılıb. Xəsarət alan yoxdur.

Bundan əvvəl verilən məlumata görə, bankın Belqorod şöbəsində insanları girov götürən, "Sayqa" karabini ilə silahlanan cinayətkar ona 25 milyon rubl verilməsini tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti