...

Yağış suları Gəncədə 2 evi yararsız hala salıb

Hadisə Materials 22 Aprel 2014 19:57 (UTC +04:00)
Gəncədə yağış suları ciddi fəsadlara yol açıb.
Yağış suları Gəncədə 2 evi yararsız hala salıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Gəncədə yağış suları ciddi fəsadlara yol açıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, saat 19:00 radələrində müşahidə olunan yağışlı hava evlərə ziyan vurub. Yarım saata yaxın davam edən leysan nəticəsində küçələri su basıb, yağış suları evlərin zirzəmisinə dolub.

Şəhərin Dadaş Bünyadzadə küçəsindəki 16 və 17 saylı evlərə isə yağıntı daha böyük ziyan vurub. Hər iki evin həyətyanı sahəsi və ev özü su içindədir.

Hazırda FHN-in müvafiq strukturları ərazidə qabaqlayıcı tədbirlər görür. Hadisə yerinə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti də cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti