Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/
Salyan sakini Bakıda külli miqdarda narkotik vasitə ilə yaxalandı.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Natiq Məhərrəmov saxlanılıb. Saxlanılarkən ondan 4 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.