...

Bakıda oğurluğa görə axtarışda olan şəxslər tutulub

Hadisə Materials 24 Aprel 2014 10:38 (UTC +04:00)
Polislər Bakıda oğurluq etmiş 3 nəfəri tutublar.
Bakıda oğurluğa görə axtarışda olan şəxslər tutulub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Polislər Bakıda oğurluq etmiş 3 nəfəri tutublar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölməsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Dadaşov tutulub. Tutularkən üzərindən ona məxsus mobil telefon, 83 manat və 1 qramdan artıq tiryək aşkar edilib.

Binəqədi Rayon Polis İdarəsi 4-cü və 7-ci Polis Bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Natiq Bağırov və Kürdəmir rayon sakini Brilyant Mahmudova tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti