...

Bakıda neftyığma məntəqəsində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 24 Aprel 2014 11:16 (UTC +04:00)
Səbail Rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yanğın hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.
Bakıda neftyığma məntəqəsində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər saat 10:42-də yayılıb)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda neft çənlərindən biri yanıb.

Səbail Rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yanğın hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bayıl qəsəbəsi ərazisində yerləşən neftyığma məntəqəsindəki çənlərdən birində güclü yanğın baş verib.

Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən yanğın söndürülüb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti