...

Zaqatala və Saatlıda baş verən yol qəzaları nəticəsində ölənlər və yaralananlar var

Hadisə Materials 24 Aprel 2014 13:04 (UTC +04:00)
Zaqatala və Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Zaqatala və Saatlıda baş verən yol qəzaları nəticəsində ölənlər və yaralananlar var

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Zaqatala və Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də saat 6:00 radələrində Zaqatala rayonu Muxax kəndinin ərazisində Balakən şəhər sakini Ramin Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

R.Həsənovun sərnişinlərindən - Balakən rayon sakini Məhərrəm Mehdili hadisə yerində ölüb, özü və digər sərnişinləri - həmyerliləri Füzuli Xəlilov və Fikrət Ağayev xəstəxanaya yerləşdiriliblər.

Ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi Saatlıda baş verib. Aprelin 23-də saat 22:00 radələrində Saatlı rayonu Qıraqlı kəndinin ərazisində rayon sakini Nail Rzayevin idarə etdiyi "Mercedes" və Sabirabad rayon sakini Namiq Xəlilovun idarə etdiyi "MAN" markalı avtomobillər toqquşub.

N.Rzayev xəstəxanaya aparılarkən yolda ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti