...

Lənkəranda bir nəfər elektrik cərəyanı vurmasından ölüb (FOTO)

Hadisə Materials 24 Aprel 2014 13:48 (UTC +04:00)
Lənkəran rayonunun Sütəmurdov kəndində bir nəfər elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
Lənkəranda bir nəfər elektrik cərəyanı vurmasından ölüb (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Lənkəran rayonunun Sütəmurdov kəndində bir nəfər elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Trend CTV-yə istinadən xəbər verir ki, kəndin ərazisində olan mobil operatorlardan birinin ötürücüsündə iş görmək üçün əraziyə gələn şirkətin əməkdaşı 35-40 yaşlarında olan Şahlar Nurməmmədov ötürücünün yaxınlığındakı transformatorda elektrikin olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Mərhumun Qusar sakini olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti