...

Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 24 Aprel 2014 23:02 (UTC +04:00)
Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb.
Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq təhlükəsizlik qaydalarına riayət etməklə qapını açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti