...

Gəncədə avtomobil divara çırpılıb, xəsarət alan var (FOTO)

Hadisə Materials 25 Aprel 2014 03:45 (UTC +04:00)
Gəncədə avtomobil divara çırpılıb, xəsarət alan var.
Gəncədə avtomobil divara çırpılıb, xəsarət alan var (FOTO)

Azərbaycan, Bakı, 25 aprel / Trend /

Gəncədə avtomobil divara çırpılıb, xəsarət alan var.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, ötən gecə saat 24:00 radələrində Gəncə Beynəlxalq hava limanının yaxınlığında yol qəza hadisəsi baş verib. Şəhər sakini 27 yaşlı Elvin Əhmədov idarə etdiyi HYUDAİ SONATA markalı avtomobillə hava limanı istiqamətinə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı divara çırpıb.

Nəticədə HYUNDAİ SONATA tam yarasız hala düşüb. Sürücü Elvin Əhmədov və onun sərnişini 30 yaşlı Əfqan Alıyev isə xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Səhhətlərində ciddi problemləri olmayan yaralılar ilkin tibbi yardımından sonra evə buraxılıb.

Faktla Gəncə şəhər Dövlət Yol Poliolisi Şöbəsində araşdrıma aparılır.

Xəbər lenti

Xəbər lenti