...

Cəzaçəkmə müəssisəsinə saxta pul keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 2 İyun 2014 09:57 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə saxta pul keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə saxta pul keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Cəzaçəkmə müəssisəsinə saxta pul keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Röyal Rafiq oğlu İmamverdiyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xəyal Rafiq oğlu İmamverdiyevin üzərinə baxış keçirilib.

Baxış zamanı əynindəki şalvarın astarında gizlətdiyi 3 ədəd saxta 50 manatlıq pul əsginazı və 1 ədəd saxta şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.

Saxta əskinazlar və şəxsiyyət vəsiqəsi ilə əlaqədar təhqiqat materialları toplanılaraq aidiyyəti istintaq orqanına göndərilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1; 337; 120.2.4 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Qaybalı Əli oğlu Məhərrəmovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Nicat Kamil oğlu Alırzayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman plastik qabda olan böyürtkən mürəbbəsinin içərisində gizlədilmiş, 4 ədəd qara rəngli sellofana bükülmüş, xalis çəkisi 2.040 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti