...

Şəkidə güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib

Hadisə Materials 3 İyun 2014 08:12 (UTC +04:00)
Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.
Şəkidə güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi hissəsində bir neçə ev işıqsız qalıb. Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının üzərinə çinar ağacı aşıb. Qorxudan bina sakinləri uzun müddət küçədə dayanmalı olublar və küləyin səngiməsini gözləyiblər.

Bununla yanaşı külək evlərin dam örtüyünü də qopararaq yollara səpib.

İki saata yaxın davam edən güclü külək Məmməd Əmin Rəsulzadə prospektində yerləşən obyektlərə və Şəki şəhər Təcili Tibii Yardım stansiyasına da ziyan vurub. Ağaclar qırılaraq yollara aşıb.

Şəki polisi də yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün səhərə kimi küçələrə nəzarət edib.

Xəbər lenti

Xəbər lenti